• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Təbiəti Tarixi Muzeyinin yaradılması təklif edilir

Azərbaycan Təbiəti Tarixi Muzeyinin yaradılması təklif edilir
02.05.2014 20:00
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycanın yaşıl xəzinəsi” mövzusunda sərginin açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirin açılışında iştirak edən AMEA-nın prezidenti Akif Əlizadə Azərbaycanın həm yaşıl xəzinəyə, həm də yeraltı zəngin xəzinəyə malik olduğunu deyib. Onun sözlərinə görə, belə sərgilərin keçirilməsi ölkənin botanika elminin gələcək prioritetlərini müəyyənləşdirmək və onları seçməyə imkan verir. A.Əlizadə qeyd edib ki, Azərbaycan Təbiəti Tarixi Muzeyi yaradılmalıdır: “Bunun üçün AMEA-ya Ekologiya və Təbiət Sərvətlər Nazirliyi də yardım göstərməlidir. Azərbaycan Təbiəti Tarixi Muzeyi nəhayət ki, yaradılmalıdır. Çox istərdik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əl-ələ verib muzeyin yaradılmasına nail olaq". İsveçrənin Azərbaycandakı səfiri Pascal Aebischer öz ölkəsində meşələrin qorunması istiqamətində görülən işlərdən danışıb. Onun sözlərinə görə, İsveçrədə meşələr xüsusi mühafizə olunan ərazilərdir: “İsveçrənin təxminən 1/3-i meşələrlə əhatə olunur. Bu da dağlıq bölgə və torpaqların idarə olunması nəticəsində mümkün olub. Meşələr bəşəriyyət və təbiət üçün əhəmiyyətlidir. İsveçrədə içməli suyun 40% məhz meşələrdən yaranır. Meşələr flora və faunanın yaşaması üçün münbit bir məkandır”.Səfir qeyd edib ki, Azərbaycan hökuməti və rəsmiləri də meşələrə, onların qorunmasına xüsusi diqqət yetirir: “Meşələri, Hirkan meşələrini qorumaq hər birimizin böyük vəzifəsidir. Həmin meşələrin zənginliyini açmaq və istifadə etmək vacib bir addımdır. Ölkələr arasında transmilli əməkdaşlıq təbiətin mühafizəsi, bio-müxtəlifliyin qorunması və bunun yaxşı nəticə verməsi üçün zəmin yaradacaq”.Botanika İnstitutunun direktoru, professor Validə Əlizadə isə bildirib ki, Milli Botanika bağı və Botanika Muzeyinin yaradılması dair işlərə başlanılıb. Onun sözlərinə görə, layihənin məsul şəxsləri 1 ay içərisində muzeyin konsepsiyası işləyib hazırlayıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol