Vəfat edən sabiq icra başçısının işinə xitam verildi

Ağstafa rayonunun həbsdə vəfat edən sabiq icra başçısı Nizaməddin Quliyevin cinayət işi üzrə verilən apellyasiya şikayətinə baxılıb və məhkəmədə qərar qəbul edilib.
Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim cinayət işinə bəraətverici əsaslar olmadan xitam verib. N. Quliyevin əmlakları üzərinə qoyulan həbs də götürülüb. Bu barədə APA-nın məlumatında bildirilir.
Məhkəmə eyni zamanda N.Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovun apellyasiya şikayətinə baxıb. Qərara əsasən, Ramiz Tatarova Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi üzrə bəraət verilib. Bundan başqa, onun əmlaklarının bir qisminin üzərində olan həbs götürülüb.
Yekun olaraq Ramiz Tatarovun cəzası 3 ay azaldılıb. Onun üzərində qəti olaraq 8 il 3 ay cəza saxlanılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Nizaməddin Quliyev 9 il, onun müavini olmuş Ramiz Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.
Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidməti ( DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunmuşdu.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib