Azərbaycanda bu vaksinin istifadəsi dayandırıldı - YENİLƏNDİ

"AstraZeneca” vaksininin istifadəsinin dayandırılma səbəbi artıq ölkəyə gətirilməsidir, bunu Anews.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
273 848 doza "AstraZeneca”, 50 592 doza "Pfizer”, 182 898 doza "Sputnik V” vaksini isə istifadə müddəti bitdiyi üçün məhv edilib.
Ümumillikdə, Azərbaycanda məhv edilən vaksin dozalarının sayı 507 339-dur.
Vaksinlərin məhv edilməsi və "AstraZeneca” vaksininin ölkəyə gətirilməməsi barədə ilk məlumatı "Fəaliyyət üçün məlumat: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmaq” adlı konfransda "AzərTac"-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























