• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblilərimiz medallarının sayını artırmaqda israrlıdırlar!

Məktəblilərimiz medallarının sayını artırmaqda israrlıdırlar!
23.02.2022 15:17
Azercell-in dəstəklədiyi şagirdlərin beynəlxalq bilik yarışmasında növbəti uğuru

Texnoloji gələcəyi qurmağa davam edən "Azercell Telekom” MMC-nin dəstəklədiyi istedadlı məktəblilərimiz növbəti dəfə beynəlxalq bilik yarışmasında uğurlu nəticə nümayiş etdiriblər. Fevralın 10-18-də Rumıniyada onlayn formatda təşkil edilən VI İnfo Cup proqramlaşdırma müsabiqəsində Azərbaycanın müxtəlif bölgələrindən olan azərbaycanlı yarışmaçılar 2 gümüş və 1 bürünc medal qazanıblar. 

14 ölkədən 150- dən çox şagirdin yarışdığı müsabiqənin nəticələrinə əsasən Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova və Balakən rayonu Qazbinə kəndi tam orta məktəbin 10-cu sinif şagirdi Xizri Saxrayev gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Fuad Qarayev isə bu nüfuzlu yarışmanın bürünc medalına layiq görülüblər. 

Qeyd edək ki, 2017-ci ildən etibarən Təhsil Nazirliyinin və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı "Azercell Telekom” MMC ölkə üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onların öz bacarıqlarını nümayiş etdirməsinə şəraitin yaradılması, informatika üzrə beynəlxalq fənn olimpiadalarında iştirakını dəstəkləyir. Milli komandaların İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlığı nəticəsində məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 9 gümüş və 20 bürünc olmaqla, ümumilikdə 30 medal əldə ediblər. 

Gələcəyin İnformasiya Texnologiyaları mütəxəssislərinə dəstək olan Azercell şirkəti gənclərə bu istiqamətdə davamlı inkişaf və beynəlxalq səviyyədə nailiyyətlər arzu edir. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol