• $
  • €
  • ₽
  • ₺
  • £

"Nar" Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 88%-i xidmət səviyyəsini yüksək qiymətləndirib

"Nar" Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 88%-i xidmət səviyyəsini yüksək qiymətləndirib
23.02.2022 16:39
Müştəriyönümlü strategiyasına sadiq qalan "Nar" ötən il ərzində müxtəlif kanallar üzərindən abunəçilərinə üstün müştəri xidmətləri göstərib.  2021-ci ildə 777 Çağrı Mərkəzinə 2,3 milyondan çox sorğu daxil olub və orta hesabla, 5 saniyə ərzində abunəçilərə cavab verilib. Abunəçi sorğularının ilk zəngdən həllini tapması üzrə "Nar” Çağrı Mərkəzi 94%-lik çox yüksək göstəriciyə nail olub. Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 88%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. 


Müştəri məmnuniyyətininin artırılması məqsədi ilə mobil operator bütün ölkə boyu eksklüziv diler və xidmət mərkəzlərini yeni konseptdə təqdim etməkdədir. Mobil operator artıq 26 mağazasını tamamilə yeni konseptə uyğunlaşdırmaqla, ziyarətçilərin müasir üslubda məlumat və xidmət almasını təmin edir. Şəxsin birbaşa iştirakının tələb olunduğu əməliyyatlar üçün yenilənmiş xidmət mərkəzlərində  ötən il 150 mindən çox abunəçiyə xidmət göstərilib. 


Müştəri xidmətlərini daha da əlverişli etmək üçün, Nar, ənənəvi müştəri xidməti vasitələrilə yanaşı, abunəçilərinə rəqəmsal platformalar üzərindən göstərilən müştəri xidmətlərini də təkmilləşdirir. Yeniləmələr sayəsində hesab üzərində əməliyyatları daha da asanlaşdıran "Nar+” tətbiqinə ziyarət sayı ötən illə müqayisədə 75% artıb. Qeyd edək ki, sosial mediada da aktiv olan mobil operator, rəsmi "Facebook”, "İnstagram” və "Twitter" səhifələri üzərindən abunəçilərinin sorğularını da cavablandırır. Ötən ilin göstəricilərinə əsasən təxminən 160 min Nar abunəçisinin sorğusu məhz sosial media səhifələri üzərindən həll edilib.


"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol