İrəvanda azərbaycanlı deputatlara etiraz edənlərə cinayət işi açıldı

Ermənistan polisi azərbaycanlı deputatların İrəvana səfərinə qarşı çıxan etirazçılara xuliqanlıq maddəsi ilə cinayət işi açıb.
İş materiallarına görə, bir qrup vətəndaş azərbaycanlı deputatların qaldığı hotelə soxulmağa cəhd etsə də, onların əməllərinin qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb. 25 nəfər hadisə yerindən müxtəlif polis bölmələrinə aparılıb.
Saxlanılanlardan heç biri özünü jurnalist və ya media nümayəndəsi kimi təqdim etməyib və müvafiq arayış göstərməyib:
"Polis bölmələrinə aparılan vətəndaşlar müqavimət göstərərək qışqırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz hərəkətlərə son qoymağı tələb edərək onları sakitləşməyə çağırsalar da, cavab olaraq yalnız nalayiq ifadələr eşidiblər. Həmin vətəndaşlar polis əməkdaşlarına və idarənin işinə açıq-aşkar hörmətsizlik göstərərək əlbəyaxa dava salıblar”.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























