• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-da “2030-cu ilədək Azərbaycan elminin inkişaf Strategiyası layihəsi” hazırlanıb

AMEA-da “2030-cu ilədək Azərbaycan elminin inkişaf Strategiyası layihəsi” hazırlanıb
23.02.2022 17:02
Fevralın 23-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin səlahiyyətlərini icra edən akademik Arif Həşimov Akademiyanın Kimya Elmləri Bölməsinə daxil olan elmi müəssisələrin rəhbərləri ilə görüşüb.
 
Anews.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzuları Akademiyanın institutları qarşısında duran vəzifələr, mövcud problemlər, onların aradan qaldırılması yolları, eləcə də yüksək elmi nailiyyətlər əldə etmək üçün görüləcək işlər və aparılmalı islahatlarla bağlı olub. Akademik Arif Həşimov belə görüşlərin digər elmi bölmələrdə  də keçirlməsinin nəzərdə tutulduğunu deməklə ilk görüşə Kimya Elmləri Bölməsindən başlamalarının səbəbinə də aydınlıq gətirib: "Bu bölmə və bölməyə daxil olan institutların fundamental və tətbiqi elmi tədqiqatların tutumuna, innovativ fəaliyyətinə, tarixi təcrübəsinə və mövcud kadr potensialına görə Akademiyada xüsusi yeri və çəkisi var. Hazırda Azərbaycanın kimya elmi həm dünyanın prioritetlərinə, həm də ölkəmizin real ehtiyaclarına uyğun ciddi elmi potensiala malikdir. Mən əminliklə deyirəm ki, istər Qarabağ ərazisində həyata keçirilən bərpa-quruculuq işləri, istər respublikanının hərbi qüdrətinin artırılması, istər ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, istərsə də sənayenin inkişafı baxımından kimya elmləri bölməsində həyata keçirilən elmi tədqiqatların böyük əhəmiyyəti var”.


Akademik Arif Həşimov çıxışında AMEA-da "2030-cu ilədək Azərbaycan elminin inkişaf Strategiyası layihəsi”nin hazırlandığı haqqında da məlumat verib: "Layihənin hazırlanmasında Kimya Elmləri Bölməsi alimlərinin də olduqca böyük əməyi var. Onlar öz dəyərli təklifləri ilə bu sənədin hazırlanmasında yaxından iştirak ediblər. Layihə yaxın vaxtlarda geniş müzakirəyə təqdim ediləcək. Hesab edirəm ki, dövlət səviyyəsində layihənin təsdiqinə nail olsaq, bu Azərbaycan elminin inkişafına mühüm töhfə olacaq”.


Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun baş direktoru Dilqəm Tağıyev,   Aşqarlar Kimyası İnstitutunun direktoru  Vaqif Fərzəliyev,  Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov və Polimer Materialları İnstitutunun direktoru Bəxtiyar Məmmədov rəhbərlik etdikləri elmi müəssisələrdə daha yüksək elmi nəticələrin əldə olunmasına mane olan prolemlər və bu problemlərdən çıxış yollarına dair təkliflərini səsləndiriblər. Müəssisə rəhbərləri diqqəti daha çox kadr məsələsinə, elmi işçilərin tərkibinin gəncləşirilməsinə, eləcə də laboratoriyaların yeni avadanlıq və cihazlarla təchiz olunmasının vacibliyinə yönldiblər.


 


 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol