• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkər xəstələrinin daha bir dərman növbəsi... - Video

Şəkər xəstələrinin daha bir dərman növbəsi... - Video
23.02.2022 17:27
Şəkərli diabetdən əziyyət çəkən insanların pulsuz dərman almaq üçün xəstəxana qarşısında kütləvi növbəsini əks etdirən daha bir görüntü yayılıb. 


Görüntünün Quba Rayon Mərkəzi Xəstəxanasının qarşısında çəkildiyi deyilir. Yüzə yaxın şəxsin tibb müəssisəsinin qabağında növbəyə dayandığı, lakin bütün xəstələrə çatacaq qədər dərmanın olmadığı bildirilir.


Kadrlardan da aydın görünür ki, xəstələr dərmanları növbəli şəkildə ala bilmir və hətta yaşlı insanlar təhlükəli vəziyyətə düşərək dəmir arakəsmədən keçməyə cəhd edirlər. 


Qeyd edək ki, bundan əvvəl digər rayon xəstəxanalarında da oxşar növbələrin olması ilə bağlı görüntülər yayılmışdı. Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınan kadrlarda xəstələr xidmətin düzgün qurulmamasından əziyyət çəkdiklərini bildirirdilər. Həmçinin Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının qarşısında diabet xəstələrinin gecə saatlarından növbəyə düzüldükləri, xəstə sayına uyğun dərmanın olmadığı iddia olunurdu. 


Səhiyyə Nazirliyi isə şəkərli diabet xəstəliyinin müalicəsi üçün lazım olan dərmanların Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, nazirliyin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən xəstə sayına uyğun olaraq alındığını açıqlamışdı. Dərman preparatlarının xəstələrə paylanması isə TƏBİB tərəfindən həyata keçirilir.


Quba Rayon Mərkəzi Xəstəxanasında çəkilmiş görüntüləri təqdim edirik
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol