• $
  • €
  • ₽
  • ₺
  • £

ANS-də erməni mahnılarını səsləndirən aparıcı danışdı

ANS-də erməni mahnılarını səsləndirən aparıcı danışdı
02.05.2014 17:46

“İndi hamısı patriot olub, guya vətənpərvərdirlər”.

Birincisi, istədik-istəmədik Ermənistan da Qafqaz dövlətidir. Odur ki, “Qafqaz top 20”-də Ermənistan mahnısının olması labüddür. İkincisi, biz, ANS olaraq Dağlıq Qarabağı Azərbaycan ərazisi sayırıq. Baxmayaraq ki, bəzi şəxslər bu haqda artıq heç düşünmür.

ANS-dən və ANS ÇM radiosundan vətənpərvər ikinci bir kanal varsa, barmağınızı qatlayıb deyin. İndiyə qədər ANS özünü müharibə meydanında da təsdiqləyib. Vahid Mustafayevdən vətənpərvər ikinci bir şirkət rəhbəri varmı?

O, əlində avtomat, çiynində kamera ilə Qarabağ müharibəsində iştirak edib. Verilişin ideya müəllifi də odur. 

Oxu.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “Qafqaz top 20” verilişinin aparıcısı Aytən Səfərova deyib. 

“Bu, adi bir radio layihədir. Və onu yaradanlar da heç bir siyasi məqsəd güdmür. Əslində, Azərbaycanın ilk özəl radiostansiyasıyıq və özəl radiostansiyası erməni mahnısı səsləndirməklə Ermənistanı ifşa edir. Cəlil Məmmədquluzadənin “Kamança” əsərinin ideyasını davam etdiririk. İndi hamısı patriot olub, guya vətənpərvərdirlər, sosial şəbəkələrdə hamı şirə dönüb. Bu bar-bar bağıranlardan biri desin ki, Vahid Mustafayev və digər ANS-çilər kimi Qarabağ müharibəsində olublarmı?!”. 

Qeyd edək ki, ANS ÇM radiosunda hər həftənin şənbə günləri saat 19.00 və 20.00 arası efirə gedən “Qafqaz top 20” musiqili verilişində mütəmadi olaraq erməni müğənnilərin mahnılarının səsləndirilməsi böyük etiraz doğurub. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də Aktual.az-a açıqlamasında məsələyə münasibət bildirib:

“ANS rəhbərliyi qanunverciliyin nə olduğunu bilmir. Onlar yalnız özlərinə lazım olanda qanunvericilikdən, vətənpərvərlikdən danışırlar”.

Onun sözlərinə görə, ermənilərin işğalçılıq siyasətinin qurbanı olan Azərbaycan xalqına qarşı bu hörmətsizlik qəbuledilməzdir:

“Bu həssas məsələyə hər bir insan diqqətlə yanaşmalıdır. Yəni, belə məsələlərdə insanların hissiyyatı nəzərə alınmalıdır”. 

Milli Televiziya və Radio Şurasının sədrinin fikrincə, ANS ÇM radiosunda erməni mahnısının səsləndirilməsinə qurumun irad bildirməsinə ANS rəhbərliyinin cavabı heç bir məntiqə sığmır:

“Bilirsiz, onların məntiqi ilə yanaşsaq, deməli onda gərək Azərbaycanda erməni filmləri də göstərilsin, malları da satılsın”.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol