• $
  • €
  • ₽
  • ₺
  • £

Ali Məhkəmə döyülən jurnalistin şikayətini təmin etmədi - VİDEO

Ali Məhkəmə döyülən jurnalistin şikayətini təmin etmədi - VİDEO
23.02.2022 21:00
Ali Məhkəmə Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsində yaranan insidentdə ittiham edilən Anews.az xəbər portalının bölgə müxbiri Zaur Qənbərovun Gəncə Apellyasiya məhkəməsinin qərarından şikayətini təmin etməyib.
 
Ali məhkəmədə baş tutan iclasda Gəncə Apellyasiya Məhkəməsinin 2 illik azadlığın məhdudlaşdırılması qərarı qüvvədə qalıb.
 
Zaur Qənbərovu 2020-ci ilin oktyabrın 29-da Gədəbəy Rayon Məhkəməsi 3 il 6 ay azadlıqdan məhrum edib. Jurnalistin iddiasına görə, həbs edilməsinin səbəbi Gədəbəy rayonu məmurları haqqında yazdığı araşdırma məqalələri olub. Qənbərov bildirib ki, həbsi onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəlib. Məhkəmədən isə bildirilib ki, 2020-ci il mayın 4-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin binasında yaranan insidentlə bağlı həbs edilib.
 
"2020-ci il mayın 4-də peşə vəzifəmi yerinə yetirdiyim zaman Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin binasında həmin qurumun rəhbəri və onun sürücüsü tərəfindən döyülmüşəm, təhqir olunmuşam, çəkiliş apardığım telefonum sındırılıb. Bununla bağlı hüquq- mühafizə orqanlarına şikayət etsəm də qarşı tərəfə deyil, mənə qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsi (xuliqanlıq-silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) ilə cinayət işi qaldırılıb,” o qeyd edib.
 
Jurnalist etiraz olaraq həmin ilin iyulunda aclıq aksiyası keçirib.
 
Həmçinin, müxbir verilən hökmündən Apellyasiya Məhkəməsinə şikayət verib. Gəncə Apellyasiya Məhkəməsi müxbirin azadlığını 2 illik məhdudlaşdırıb və ona elektron qolbaq taxıb.
 
"Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatının ötən il yaydığı bəyanatda deyilir ki, jurnalistə hücuma səbəb COVID 19 pandemiyası dövründə yardımın ədalətli paylanmaması haqqında video olub. "Hadisə araşdırılmalıdır. Cəzasızlığa yox deyirik!" bəyanatda qeyd edilir.
 
Ləman Qasımova
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol