Qadın yaşadığı evdə qətlə yetirilib

Bakıda qadın yaşadığı evdə qətlə yetirilib, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Fevralın 23-də saat 11 radələrində Xəzər rayonu ərazisində yaşadığı evdə Sevinc Cəfərovanın kəsici-deşici alətlə aldığı xəsarətlərdən ölməsi faktı aşkarlanıb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























