• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Agentliyinin nümayəndəsi beynəlxalq sammitdə iştirak edib

Dövlət Agentliyinin nümayəndəsi beynəlxalq sammitdə iştirak edib
24.02.2022 11:14
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi beynəlxalq sammitdə iştirak edib, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.


22 fevral 2022-ci il tarixində startap ekosisteminin mövcud vəziyyəti, qlobal trendlər və ölkələrdə innovasiya mühitinin inkişafına dair məlumatların və biliklərin mübadiləsi məqsədilə dünya ölkələrinin ən qabaqcıl ekspertləri və liderlərinin rüblük toplantısı olan "StartupBlink Ekosistem" Sammiti keçirilib.


Onlayn formada təşkil olunan sammitdə Agentliyinin nümayəndəsi Azərbaycanda innovasiya ekosisteminin qurulması və startaplara dəstək məqsədilə həyata keçirilən yerli və beynəlxalq layihələrə dair məlumat verib.  Həmçinin Dövlət Agentliyinin "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin yaradılması, dövlət-özəl tərəfdaşlığı prinsipləri əsasında işləmə mexanizmi və  əldə olunan nəticələr  iştirakçıların diqqətinə çatdırılıb. 


Sammitdə Azərbaycanla eyni sessiyada Amerika Birləşmiş Ştatları, Serbiya Respublikası, Almaniya Federativ Respublikası, İsveçrə, Şimali Makedoniya və Flippindən olan nümayəndələr iştirak ediblər.


"StartupBlink" yüzdən çox ölkə üzrə startap ekosistemlərinin qiymətləndirilməsini həyata keçirən və bütün ölkələr üzrə sahəvi dövlət orqanlarını, innovasiya mərkəzlərini və tədqiqatçıları birləşdirən ən böyük platformadır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol