Sabah dağlıq ərazilərdə qar yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, bəzi yerlərdə duman, gündüz çiskin olacaq, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























