Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 755 yeni yoluxma faktı qeydə alınıb, 4 517 nəfər müalicə olunaraq sağalıb, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 781 538 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 754 041 nəfər müalicə olunaraq sağalıb, 9 330 nəfər vəfat edib. 18 167 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 291, bu günə qədər isə ümumilikdə 6 522 155 test icra olunub, koronavirus (COVID-19) əleyhinə 32 591 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 209, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 509, üç və daha çox doza vaksin vurduranların sayı 27 210, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 663 nəfərdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























