"Buraxılış imtahanlarından sonra sual kitabçaları qaytarılmayacaq"

Buraxılış imtahanlarından sonra sual kitabçalarının qaytarılması mümkün olmayacaq, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.
"Bu qayda pozuntusu deməkdir. İmtahandan sonra yazı işləri olur. Niyyətin hara, qiymətin də ora. Ona görə də imtahana əlavə vasitələrlə gəlmək lazım deyil. İndidən abituriyentlərə xəbərdarlıq edirəm. Bütün beynəlxalq imtahanlarda da belədir. Hansı imtahanlarda sual kitabçaları verilir? Biz abituriyentlərin biliklərinə qiymət verməyi bacarırıq. Ona görə də kimsə sual kitabçalarının çıxarılmasında maraqlı olmasın. Hətta magistratura imtahanında iştirak edən bir namizəddə belə fakt olub. Hansı ki balı da məlum idi, lakin biz məsələni araşdırdıq, əmr də imzalamışam, həmin şəxsin nəticələri ləğv olunacaq",deyə Abbaszadə bildirib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib