• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda üç idman federasiyası ləğv olunub

Azərbaycanda üç idman federasiyası ləğv olunub
25.02.2022 17:28
Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.


Nazirlikdən verilən məlumata görə, iclasın gündəliyinə əsasən, nazirliyin 2022-ci ilin mart ayı üçün perspektiv iş planı müzakirə olunaraq təsdiqlənib.


Ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə, eləcə də müvafiq idman növlərində tələb normalarını yerinə yetirdikləri nəzərə alınaraq bir qrup mütəxəssisə "Azərbaycan Respublikasının Əməkdar məşqçisi” və "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” fəxri adları verilməsi qərara alınıb.


İclasda həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.


Kollegiyanın qərarına əsasən, "Azərbaycan Şahmat Federasiyası” İB, "Azərbaycan Atıcılıq Federasiyası” İB, "Azərbaycan Stolüstü Tennis Federasiyası” İB, "Azərbaycan Triatlon Federasiyası” İB akreditasiyadan keçiblər.


Bundan başqa, "Azərbaycan Peyntbol Federasiyası” İB, "Otüstü Hokkey Federasiyası” İB və "Azərbaycan Turan Do Federasiyası” İB fəaliyyət göstərmədikləri üçün akreditasiyadan keçirilmələri mümkünsüz olduğundan federasiya statusları ləğv edilib.


Sonda nazir Fərid Qayıbov Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin qərarına əsasən, qurumun Fəxri Fərmanı ilə təltif edilmiş, nazirliyin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyovaya həmin mükafatı təqdim edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol