• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Ukraynaya dəstək aksiyası KEÇİRİLİB

Bakıda Ukraynaya dəstək aksiyası KEÇİRİLİB
25.02.2022 17:51
Bu gün, fevralın 25-də Demokratiya- 1918 (D18) Hərəkatının üzvləri Ukrayna səfirliyinin önündə aksiya keçirib.

Onlar Rusiya ilə münaqişədə Ukrayna xalqına dəstəklərini ifadə ediblər.

Aksiya iştirakçıları Rusiyadan imperiya siyasətindən əl çəkməyi, Ukraynanın suverenliyini tanımağı və öz qoşunlarını ölkədən çıxarmağı tələb ediblər.
Hərəkat üzvləri bəyanat səsləndirib.

"Rusiya Ukraynanın ərazi bütövlüyünə qəsd edərək ona qarşı açıq müharibəyə başlayıb. Bunun başlanğıc siqnalı olaraq qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanıdı və bununla da işğalçı siyasətinə start verdi. Rusiya daim qonşu dövlətlərə qarşı istismarçı və işğalçı mövqe nümayiş etdirib və bir neçə il əvvəl qonşu və qardaş Gürcüstanın torpaqlarını işğal edib.

Bizlər imperialist güclərə qarşı birləşməli və onların azadlıq və suverenliyimizə müdaxiləsinə imkan verməməliyik. Rusiya dövləti işğalçı siyasətindən əl çəkməli, Ukraynanın ərazi bütövlüyünü tanımalı və silahlı qüvvələrini ölkədən çıxarmalıdır.

Ukrayna hazırda ərazi bütövlüyü uğrunda fəal mübarizə aparır və bizlər Demokratiya 1918 Hərəkatının təmsilçiləri olaraq dost və qardaş Ukrayna xalqı ilə həmrəy olduğumuzu bildirir və onlara ən səmimi hisslərlə dəstəyimizi ifadə edirik!", deyə bəyanatda qeyd olunub.


Aksiyanın sonunda iştirakçılar "Slava Ukraine" şüarını səsləndirib və insidentsiz başa çatıb.
 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol