• $
  • €
  • ₽
  • ₺
  • £

Kiyevdə keçiddə qalan tələbələrin yeri dəyişdirildi - Rəsmi

Kiyevdə keçiddə qalan tələbələrin yeri dəyişdirildi - Rəsmi
26.02.2022 13:43
Ukraynanın paytaxtı Kiyevdə yeraltı keçiddə qalan 9 azərbaycanlı tələbənin yeri dəyişdirilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin tələbələr sığındıqları yeraltı dayanacaqdan başqa bir yeraltı bunkerə aparılıblar. Onların ilk qaldıqları yerdə yemək olmadığı üçün sosial şəbəkələrdə müraciətləri yayılmışdı. Məlumata görə, hazırda sığındıqları bunker ərzaqla təmin olunsa da, orada yatmağa yerləri yoxdur.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı  bildirib ki, həmin tələbələrlə mütəmadi olaraq əlaqə saxlayır. "Onların ilk sığınacağa yerləşdiyi vaxtdan əlaqədəyik. Təhlükəsizliyə görə öncədən tələbələrə yerlərini dəyişməmək tövsiyə olundu. Daha sonra onlar başqa bir sığınacağa keçiblər.

Hazırda olduqları yer daha əvvəlkinə nisbətən yaxşıdır. Amma saxlandıqları zirzəmidə internet olmadığı üçün qısa müddətliyinə küçəyə çıxdılar, biz onlarla görüntülü danışdıq, daha sonra yenidən sığınacağa qayıtdılar.

Tələbələrin Ukraynadan təxliyə edilməsi planı var. İlk fürsətdə onlar başqa bir ölkəyə aparılacaqlar”, - deyə o bildirib.
 
Tələbələrin keçiddə qalması barədə ilk məlumatı jurnalist Əzizə İsmayılova paylaşıb. O bildirib ki, bu barədə həmin tələbələr jurnalistin İnstaqramdakı canlı yayımda bildiriblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol