• $
  • €
  • ₽
  • ₺
  • £

“Şəffaflıq Azərbaycan” İctimai Birliyi boykot edilsin - Deputatdan təklif

“Şəffaflıq Azərbaycan” İctimai Birliyi boykot edilsin - Deputatdan təklif
02.05.2014 14:12
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Transparency İnternational” təşkilatının Azərbaycandakı milli bölməsi olan “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin boykot edilməsi təklif olunub.
APA-nın məlumatına görə, cari məsələlərin müzakirəsi zamanı çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan parlamenti dövlətin ictimai-siyasi, qanunvericilik həyatında mühüm rol oynayır, amma bir sıra beynəlxalq təşkilatlar məqsədli olaraq buna kölgə salmağa çalışır, parlamentin nüfuzuna xələl gətirən materiallar dərc edirlər: “Parlament açıq, şəffaf orqandır. İstənilən məsələləri müzakirə etməyə hazırıq”.
Ə.Hüseynli bildirib ki, “Şəffaflıq Azərbaycan” təşkilatının dərc etdiyi hesabat layihəsində parlamentə adi olan hissədə yalan, əsassız və böhtan dolu materiallar əksini tapıb: “Korrupsiyaya qarşı mübarizə məsələsində, bu yöndə qanunvericiliyin təkmilləşməsində bir çox milli QHT-lər yanaşı olmalıyıq. “Şəffaflıq Azərbaycan” təşkilatı bu qurumlardandır. Onlar hesabat verərkən bizim də rəyimizi almalı idilər. Ancaq təəssüflər olsun ki, onun rəhbəri Rəna Səfərəliyeva Azərbaycan dövlətçiliyi əleyhinə yönələn fəaliyyətlər ortaya qoyur. Məsələn, bu günlərdə Leyla Yunusun 100 minlərlə manat vəsaiti nağdlaşdırmasında Rəna Səfərəliyevanın özü də iştirak edib. Hesab edirəm ki, təşkilatın baş ofisi Azərbaycanda fəaliyyətini dayandırmalı və Azərbaycan parlamentinin nümayəndələri də onların tədbirlərində iştirak etməməlidir”.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol