Bakıda Rusiya vətəndaşı döyülərək öldürüldü

Bakıda 39 yaşlı qadın döyülərək qətlə yetirilib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Səttar Bəhlulzadə küçəsi 4 ünvanında qeydə alınıb.
Rusiya Federasiyası vətəndaşı, 1975-ci il təvəllüdlü Asxadova Maya Kominova çənə sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 39 yaşlı qadını döyərək öldürən Sadiq Süleymanov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı araşdırma aparılır.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























