Bu ölkə Ukraynanı tərk etmək istəyən azərbaycanlıları qəbul edəcək

Macarıstan yaranmış vəziyyətlə əlaqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını qəbul edəcək, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ukraynanın Polşa ilə olan sərhəd-keçid məntəqələrindən quru yolla Polşa Respublikasının ərazisinə 190 azərbaycanlı keçib.
www.anews.az
Sərhəd ərazisinə yaxın bölgələrdə yerləşən və ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı qaydada Ukrayna ərazisini tərk edərək Macarıstana gedə bilər:
- Ukrayna Macarıstan arasındakı Barabas, Beregsuranyi, Lonyai, Tiszetbecsi və Zahony sərhəd-keçid məntəqələri vasitəsilə Macarıstana daxil olmaq mümkündür.
- Macarıstan tərəfi Azərbaycan Respublikası vətəndaşlarına sərhəd-keçid məntəqələrində rüsumsuz 15 günlük viza rəsmiləşdirəcəkdir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport) təqdim etməlidir.
- Macarıstan tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.
Bir müddət əvvəl Moldova Respublikası, Polşa Respublikası və Slovakiya Respublikası da azərbaycanlıları qəbul edə biləcəyini deyib.
Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla 500-ə yaxın Azərbaycan vətəndaşı Moldova ərazisinə daxil olub. Vətəndaşlardan 50 nəfər Rumıniya ərazisindən hava yolu ilə Azərbaycana geri dönüb.
Ukraynanın Polşa ilə olan sərhəd-keçid məntəqələrindən quru yolla Polşa Respublikasının ərazisinə 190 azərbaycanlı keçib.
Yaranmış suallarla bağlı vətəndaşlar Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi ilə +36300901033 (telefonla zənglər üçün), +994552999012 (WhatsApp vasitəsilə zənglər üçün) və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.
Ukraynadakı vəziyyət ilə əlaqədar vətəndaşların təxliyə olunması üçün Macarıstanın Daxili İşlər Nazirliyinin Əməliyyat Mərkəzi ilə +36 1 4411960 telefon nömrəsi və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlanıla bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























