• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb

Bakıda fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb
28.02.2022 19:30
Bakıda fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb.


Bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.


Bildirilib ki, fevralın 27-də paytaxtın Suraxanı rayonu ərazisində Biləsuvar rayon sakini Tərlan Əlizadənin hündürlükdən yıxılaraq xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılan araşdırmalarla müəyyən edilib ki, "North East Construction” MMC-nin Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində inşa etdiyi çoxmərtəbəli binanın tikinti sahəsində fəhlə işləyən Tərlan Əlizadə iş vaxtı hündürlükdən yıxılaraq aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.


Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol