• $
  • €
  • ₽
  • ₺
  • £

Polis Hacıqabulda əməliyyat keçirib, 5 nəfər həbs edilib

Polis Hacıqabulda əməliyyat keçirib, 5 nəfər həbs edilib
28.02.2022 23:30
Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib, 5 nəfər həbs edilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini Alı Zayidovun qanunsuz olaraq odlu silah saxlaması barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.


Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs rayon ərazisində hərəkətdə olarkən saxlanılıb. Onun üzərinə baxış keçirilərkən lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.


Şöbə əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı isə Hacıqabul rayon sakinləri İntiqam Əskərov və Rəşad Ağamalıyev, Şirvan şəhər sakinləri - Elşad Rüstəmov və Vahid Bağırov saxlanılıblar.


Həmin şəxslər narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.


Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol