• $
  • €
  • ₽
  • ₺
  • £

Assosiasiya: "Rusiyaya meyvə-tərəvəz ixrac edənlər potensial gəlirlərinin 40%-ni itirib"

Assosiasiya: "Rusiyaya meyvə-tərəvəz ixrac edənlər potensial gəlirlərinin 40%-ni itirib"
28.02.2022 15:39
Rusiya-Ukrayna müharibəsi fonunda rublun ucuzlaşması Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixrac edənlərin potensialı gəlirlərini təxminən 40% azaldıb, bunu "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev Reporta-a açıqlamasında bildirib.

"Azərbaycandan Rusiyaya ixrac olunan meyvə-tərəvəz orada rublla satılır, daha sonra əldə olunan gəlirlər ABŞ dolları formasında Azərbaycana qayıdır. Hazırda isə Rusiyada 1 dollar 110-120 rubla bərabərdir. Bu da o deməkdir ki, potensial gəlirlərimizin təxminən 40%-dən məhrum olmuşuq. Üstəlik Rusiya banklarının məlum vəziyyətə görə həmin pulu Azərbaycana köçürüb-köçürməyəcəkləri sual altındadır. Odur ki, ixracatçıların dövlətin dəstəyinə eytiyacı var. Dəstək mexanizmləri bütün dünyada sahibkarlara aylıq, kommunal, istehsal xərclərinin ödənilməsi üçün müxtəlif formalarda maddi yardımlardan ibarət olur”, - deyə o, qeyd edib.

Bundan başqa, Bəşir Quliyevin sözlərinə görə, son günlər meyvə-tərəvəzin Rusiya bazarlarına çatdırılması da çətinliklərlə müşaiyət olunur: "Azərbaycandan Rusiyaya ixrac olunan meyvə-tərəvəz qonşu ölkənin sərhədində qalıb. Rusiyaya girişdə böyük tıxaclar var. Fevralın 14-dən yüklənmiş maşınlar o tərəfə keçə bilməyib. Rusiya sərhədində maşınların keçmə sürəti çox aşağıdır, gün ərzində az sayda maşın buraxırlar. On gün tıxacda qalan maşınlar var. Rusiyadan Azərbaycana qayıdan maşınların da böyük tıxacı yaranıb”.

2021-ci ildə Azərbaycan 2020-ci illə müqayisədə 5,7% çox - 641,6 min ton meyvə-tərəvəz ixrac edib. Ötən il bu məhsulların ixracından əldə olunmuş gəlir əvvəlki illə müqayisədə 3,7% çox - 630,4 milyon ABŞ dolları təşkil edib.

Bu ilin yanvar ayında isə Azərbaycan 43 805 ton meyvə-tərəvəz ixrac edərək 52,8 milyon dollar gəlir əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 27,3% və 42,5% çoxdur. (Report)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol