Bu ay son 70 ildə ən isti fevral ayı olub

Uzun illər ən soyuq aylardan biri hesab olunan fevral ayı bu il mülayim isti keçərək, xüsusən də son həftəsində, yaz havası ilə fərqlənib,bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
UmrayaTağıyevanın sözlərinə görə, fevralın 1-dən 28-dək havanın orta sutkalıq temperaturu 8.2 dərəcə isti olub ki, bu da iqlim normasından 4 dərəcə yüksəkdir.
Xidmət rəisi qeyd edib ki, ay ərzində ən yüksək temperatur fevralın 9-da 19 dərəcə isti olub ki, bu da iqlim normasından 9 dərəcə yüksəkdir. Ən minimal temperatur isə fevralın 6-da 1.7 dərəcə qeydə alınıb. Fevralın 13-də isə Bakıda şimal-qərb küləyinin maksimal sürəti 25 m/s -ə çatıb:
"Ötən illərlə müqayisədə bu il fevralda yağıntı xeyli az düşüb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3 mm (aylıq normanın 14 faizi), Qazax-Gəncə zonasında 1-5 mm (aylıq normanın 2-22 faizi), Qarabağ zonasında 12-16 mm (aylıq normanın 40-45 faizi), Balakən-Şəki zonasında 3-22 mm (aylıq normanın 8-73 faizi), Mərkəzi Aran zonasında 2-13 mm (aylıq normanın 6-62 faizi), Lənkəran-Astara zonasında 40-51 mm (aylıq normanın 39-84 faizi) qeydə alınıb”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























