• $
  • €
  • ₽
  • ₺
  • £

250 azərbaycanlı Xarkovdan təxliyə olunacaq

250 azərbaycanlı Xarkovdan təxliyə olunacaq
01.03.2022 10:07
Bu gün 250 nəfər azərbaycanlı Xarkovdan təxliyə olunacaq, bunu  İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.

Onun sözlərinə görə, qatar təxminən 5-6 saatdan sonra Lvov şəhərinə çatacaq.
 
"Yol boyu problem olmayıb, sakitlik idi. Yarım saatdan sonra Xarkovdan növbəti təxliyə olacaq. Bu dəfə də 250 nəfərə yaxın azərbaycanlı şəhəri tərk edəcək. Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşkilatçılığı ilə baş tutur. Danışmışıq hazırda Xarkovda sakitlikdi. Ümumilikdə son 3 gündə 400 nəfərə yaxın azərbaycanlı təxliyə olunub. Amma hələ də təxliyə olunmağı gözləyən kifayət qədər həmvətənimiz var. Onlar zirzəmilərə sığınıblar və təxliyələri heç də asan deyil”, - deyə o bildirib.

Adıgözəlli bildirib ki, təxliyə olunanların qatar biletini Azərbaycanın Xarkovdakı fəxri konsulluğu pulsuz təşkil edib. Təxliyə olunanlar Lvova, Polşaya çatandan sonra Azərbaycana göndəriləcəklər. (report)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol