Rusiya-Ukrayna müharibəsinin altıncı günü - İCMAL

Bu gün Rusiya-Ukrayna müharibəsinin altıncı günüdür.
Müharibə ilə bağlı günün icmalı:
Kanadanın baş naziri Castin Trüdo bildirib ki, Kanada hakimiyyəti Ukraynanı tank əleyhinə silahlarla təmin etmək niyyətindədir.
Ukrayna Silahlı Qüvvələri Qrad MLRS-dən Dokuçayevsk şəhərini atəşə tutub, bu barədə DXR məlumat yayıb.
Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, Rusiyanın- Ukraynada arasındakı gərginlik Qərbin Moskvaya qarşı sanksiyalarının ləğvi üçün danışıqların başlanmasına gətirib çıxaracaq və Bayden Rusiya ilə döyüşmək üçün ABŞ qoşunlarını Ukraynaya göndərməyəcək.
Rusiyanın Müdafiə Nazirliyi Ukrayna, DXR və LXR-də xüsusi hərbi əməliyyatda iştirak edən hərbçilərə döyüş veteranı statusunun verilməsini təklif edir.
Kanadanın baş naziri Trüdo bildirib ki, qərb ölkələri Ukraynada "demokratiya”nı müdafiə etməkdə davam etmək niyyətindədirlər, lakin Rusiya Federasiyasını təxribat etməyəcəklər və vəziyyəti gərginləşdirməyə çalışmayacaqlar. Onun sözlərinə görə, NATO ölkələri öz ordusunu Ukraynaya göndərmək niyyətində deyil.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya bildirib ki, Ukraynada Rusiya qoşunlarının nəzarəti altında olan ərazilərdə mülki əhali heç bir kəskin humanitar problemlə üzləşmir və Ukrayna əhalisinə humanitar yardım göstəriləcək.
Zelenski Kiyev tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün ölkəyə gələn əcnəbilər üçün vizasız rejim tətbiq etmək qərarına gəlib. Bu fərman "hərbi vəziyyət dövrü üçün” qüvvədə olacaq, bu barədə UNİAN məlumat verib.
Zelenski bildirib ki, Rusiya Federasiyası ilə danışıqlarda Ukrayna "hələ ki, istənilən nəticəni əldə etməyib”.
Ərəb Liqasının baş katibinin köməkçisi Husam Zəki bildirib ki, Ərəb ölkələri Rusiya-Ukrayna müharibəsində bitərəf qalırlar.
Kuba xarici işlər naziri Bruno Rodriges Parrilla Rusiya və Ukrayna arasında danışıqları münaqişənin həlli yolu hesab edir.
Ukrayna mediası ölkə şəhərlərində ərazi müdafiəsi əsgərləri və ya polislər adı altında mənzillərə soxulmağa çalışan silahlı quldur dəstələrinin fəaliyyət göstərdiyi barədə əhaliyə xəbərdarlıq edib.
The Daily Telegraph yazır ki, Böyük Britaniya Müdafiə Nazirliyi Böyük Britaniya ordusuna xəbərdarlıq edir ki, onlar özbaşına Ukraynada döyüşməyə getməməlidirlər.
"Rusal" almüminum zavodu Ukrayna hadisələri ilə əlaqədar Nikolayevdəki zavodunda istehsalı dayandırıb.
Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya Polşa aerodromlarında yerləşdirilə bilən 70 hərbi təyyarə verir, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti rəsmi Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Bolqarıstan Ukraynaya 16 MiQ-29 qırıcısı və 14 Su-25 hücum təyyarəsi, Polşaya 28 MiQ-29, Slovakiyaya 12 MiQ-29 verir.
Avstraliya Ukrayna üçün silah alınması və bu ölkəyə humanitar yardım üçün əlavə 75 milyon dollar ayıracaq.
Ukrayna təhlükəsizlik qüvvələri Qorlovkanı iriçaplı artilleriyadan atəşə tutub, bu barədə DXR məlumat yayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























