• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsdə olan sabiq icra başçısı xəstəxanaya köçürüldü

Həbsdə olan sabiq icra başçısı xəstəxanaya köçürüldü
01.03.2022 11:27
Yevlaxda həbsdə olan sabiq icra başçısı Qoca Səmədov növbəti dəfə ürək əməliyyatı olunub, bu barədə vəkili Elnur Vəliyev bildirib.

Ürəyində yaranmış problem səbəbindən sabiq icra başçısı Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

Elnur Vəliyevin sözlərinə görə, müvəkkili təcili əməliyyat olunma zərurəti yarandığı üçün müalicə müəssisəsindən Bakı Sağlamlıq Mərkəzinə köçürülüb, həkimlər vəziyyətinin ağır olduğunu deyir.
 
Sabiq icra başçısı iki dəfə Mərkəzi Klinik Xəstəxanada ürək əməliyyatı keçirib
 
Onun vəkili bildirib ki, Qoca Səmədov hələ 2019-cu ilin dekabrında həbs olunmamışdan əvvəl açıq ürək əməliyyatı keçirib. O, ürək xəstəliyilə yanaşı, hipertoniya və şəkərli diabetdən də əziyyət çəkir. Bu üzdən həbsdə saxlandığı 1 il 9 ay ərzində durumu dəfələrlə pisləşib. Qoca Səmədov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, bir müddət ona orada tibbi yardım göstərilib. Vəziyyəti nisbətən düzəlsə də, problem həll olunmadığına görə sonralar yenidən səhhətində ağırlaşmalar müşahidə edilib.

1959-cu il təvəllüdlü Qoca Səmədov 2005-2006–cı illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006-2011–cı illərdə birinci müavini vəzifələrində işləyib. 18 fevral 2011-ci ildən 2019-cu ilə qədər isə rayonun icra başçısı olub.

Qoca Səmədov həbsindən bir müddət əvvəl 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

2019-cu ilin noyabrınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində "Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib. Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əmək haqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib. Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara üzrə  Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb.
 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib. Sonradan Şəki Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə endirib.
 
Ləman Qasımova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol