Ötən ay baş verən mina partlayışlarının sayı açıqlanıb

2022-ci ilin fevralında 2 hadisə nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb, bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.
O qeyd edib ki, nəticədə bir mülki şəxs kasetli silah qalığının partlamasından həlak olub.
"İki mülki şəxs isə piyada əleyhinə mina partlamasından yaralanıb. 2022-ci ilin fevral ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Yevlax və Təttər rayonlarının ərazisində baş verib. Ümumilikdə 2022-ci ilin ilk iki ayında 6 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar", - o vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























