Çin Rusiyaya münasibətindən DANIŞDI

Çin və Rusiya qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda ruhunda normal ticarət əməkdaşlığını davam etdirəcəklər, Belta agentliyinin məlumatına görə bunu Çinin xarici işlər naziri Vanq Vebin deyib.
"Biz öz mövqeyimizi dəfələrlə bəyan etmişik. Hesab edirik ki, sanksiyaların tətbiqi heç vaxt problemlərin həlli üçün effektiv üsul olmayıb.Çin hər zaman istənilən qeyri-qanuni birtərəfli sanksiyalara qarşı olub", deyə diplomat bildirib.
Vanq Venbin Çinin Rusiya və Ukrayna arasında danışıqların başlanmasını alqışladığını və bu prosesin davam etdiriləcəyinə ümid etdiyini bildirib.
"Çin Ukrayna böhranının sülh yolu ilə həllinə kömək etmək üçün diplomatik səyləri həmişə dəstəkləyib və həvəsləndirib və Rusiya Federasiyası ilə Ukrayna arasında sülh danışıqlarının başlanmasını alqışlayır", deyə bildirib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























