• $
  • €
  • ₽
  • ₺
  • £

2000 tələbə xaricdə təhsil almağa göndəriləcək - RƏSMİ

2000 tələbə xaricdə təhsil almağa göndəriləcək - RƏSMİ
01.03.2022 14:52
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın məqsədi 5 il ərzində hər il  400, ümumilikdə 2000 Azərbaycan gəncinə xarici ölkələrin ən nüfuzlu ali məktəblərinin maliyyə dəstəyini verməkdən ibarətdir,bunu Təhsil naziri Emin Əmrullayev martın 1-i keçiridiyi brifinqdə deyib.

"Builki proqram əvvəlki proqramlardan fərqli olacaq. Təhsil Nazirliyi olaraq növbəti ildən başlayaraq konkret proqramları elan edəcəyik. Əvvəlki proqramda universitetlərin siyahıları var idi və tələbə istədiyi universiteti seçə bilərdilər. Yeni proqramda isə hansı ixtisasın hansı universitetində daha yüksək tədris olunduğu qeyd olunacaq. İlk 500-lüyə düşən universitetlər arasında bizə uyğun olanlar seçiləcək. Mərhələli seçim olacaq. Mayın sonu görsək ki, kənarda qalan tələbələr var və seçilən meyarlara görə müraciətlərinə baxıla bilər.Təcrübələrimiz göstərir ki, universitetlərin reytinqi ilə, ixtisasların reytinqi üst-üstə düşmür. Bu il sentyabr ayı üçün tələbələri maliyyələşdirib xaricə göndərmək planlaşdırılır, ilkin siyahı 30 martadək açıqlanacaq", deyə nazir bildirdi.
 
Nazirin sözlərinə görə,  həmin gənclərin də geri qayıtması üçün bütün addımlar atılacaq.

"Həmin şəxslərin işlə təmin olunması məsələsinə gəldikdə, 400 nəfərin əmək bazarında iş tapma problemi ilə üzləşəcəklərini düşünmürük. Hesab edirik ki, onlar ölkəyə qayıtdıqdan sonra işlə təmin olunacaqlar. Amma Dövlət Proqramında bununla bağlı müvafiq tədbirlər nəzərdə tutulub. Qıısa zaman ərzində həmin tədbirlərin hazırlanıb ictimaiyyətə təqdim edilməsi planlaşdırılır. Xaricdə təhsillə bağlı birinci Dövlət Proqramı üzrə xaricdə təhsil alan tələbələrimizin əksəriyyəti ölkəyə qayıdıb. Onlardan bəziləri hətta yüksək siyasi vəzifələr tutur", - deyə Emin Əmrullayev vurğuladı.

Prezident İlham Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Təhsil Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Təhsil Nazirliyinin sifarişi əsasında İqtisadiyyat Nazirliyi həyata keçirəcək. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 
Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol