Beynəlxalq Tennis Federasiyası Rusiya və Belarusiyadakı oyunları ləğv etdi

Beynəlxalq Tennis Federasiyyası Rusiya və Belarusiyada keçiriləcək bütün turnirləri ləğv edib,bu barədə BBC news məlumat yayıb.
"Bizim birinci və ən vacib vəzifəmiz oyunçuların və İTF turnirlərində iştirak etməyə gələn hər kəsin təhlükəsizliyini təmin etməkdir. İTF apreldə Ukraynada keçiriləcək turniri təxirə salıb və Rusiyada keçiriləcək bütün turnirləri ləğv edib", deyə federasiyanın açıqlamasında bildirilib.
Federasiya həmçinin Rusiya və Belarusiyanı komanda turnirlərindən də kənarlaşdırır. Sadəcə idmançılar fərdi yarışlarda mübarizəni davam etdirə biləcək.
Fevralın 24-dən Rusiyanın Ukrayanana hücumlarından sonra bir çox ölkələr Rusiyanı keçiriləcək idman yarışlarından kənarlaşdırıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























