Televiziya aparıcılarının və müxbirlərinin nitqində nöqsanlar AŞKARLANDI

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən aparıcıların və müxbirlərin nitqi monitorinqə cəlb edilib.
Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib. O deyib ki, televiziyaların dilinin praktik vəziyyətini əks etdirən 4800 dil faktı "Televizayarın dili monitorinq aynasında" adlı kitabda öz əksini tapıb.
Bəzi aparıcıların televiziyaya "fərdi" üslub gətirmək cəhdi, alınma sözlərdən yersiz istifadə, yad intonasiyanın tətbiqi, dilimizə xas olmayan cümlə tipləri kimi xarakterik nöqsanlar vurğulanıb.
Sevinc Əliyeva bildirib ki, monitorinqlərin aparılmasında məqsəd yalnız qüsurların müəyyən edilməsi deyil, həm də onların aradan qaldırılmasıdır.
S. Əliyeva deyib ki, aparılan monitorinqlərin nəticələri ilə bağlı müvafiq qurumlara xəbərdarlıq etdikdən sonra eyni xətalara təkrar yol verilərsə, cərimələrin tətbiqi qaçılmaz olacaq.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib