Abşeronda su pulunu tələb edən "Azərsu" işçisi döyülüb

"Azərsu”yun işçisinə zor tətbiq edən vətəndaşa cinayət işi başlanıb.
www.anews.az
Abşeron rayon prokurorluğundan bildirilib ki, fevralın 17-də "Azərsu” ASC-nin Abşeron rayon "Su-Kanal” İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Abşeron rayonu Nübar qəsəbə sakini Müzəffər Mahmudovun 2021-ci ilin iyul undan istifadə etdiyi suyun dəyərinin ödənilməsini ondan tələb edən E.Allahverdiyevə yüngül dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























