• $
  • €
  • ₽
  • ₺
  • £

“Pfizer” şirkəti Azərbaycanı tərk edir - RƏSMİ

“Pfizer” şirkəti Azərbaycanı tərk edir - RƏSMİ
02.03.2022 16:10
ABŞ-ın və eləcə də dünyanın ən böyük əczaçılıq şirkətlərindən biri olan "PFİZER H.C.P. CORPORATİON” şirkətinin Azərbaycandakı nümayəndəliyi (VÖEN: 1302031681) ləğv olunduğunu elan edib.
 
Bu barədə məlumat "Vergilər” qəzetinin rəsmi saytında yayımlanıb. 
 
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 43, mənzil 17/2 ünvanına bildirə bilərlər.
 
 "PFİZER H.C.P. CORPORATİON” şirkətinin Azərbaycandakı nümayəndəliyi 13.09.2009-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Kozenkov Dmitry Sergeyeviç olub.
 
1849-cu ildən fəaliyyət göstərən "PFİZER H.C.P. CORPORATİON” şirkətinin 240 milyard dollar aktivləri (2 avqust 2021) olduğu bildirilir. 80 minə yaxın işçisinin olduğu deyilən şirkət bir sıra məşhur dərmanların ("Lipitor”, "Lyrica”, "Diflucan”, "Zithormax”, "Viagra”, "Celebrex” və s.) istehsalçısıdır. 
 
PFİZER H.C.P. CORPORATİON” şirkəti eyni zamanda Almaniyanın "BioNTech” şirkətilə birgə COVİD-19 virusu əleyhinə peyvən hazırlayıb və hazırda dünyada ən çox istifadə olunan peyvəndlərdən hesab olunur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol