Ailədə zorakılığa məruz qalan qız "Asan Xidmət"də saxlanılıb

Bakıda ailəsi tərəfindən zorakılığa məruz qalan yetkinlik yaşına çatmayan qız 1 saylı Asan Xidmət Mərkəzində saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin İctimaiyyətlə Əlaqələr və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məsələ nəzarətə götürülüb.
www.anews.az
Sosial şəbəkədə yayılan məlumatlara görə, G.E evdən qaçdığı üçün ailəsi tərəfindən axtarışa verilib. Asan Xidmət Mərkəzinə gələn qız qurumun təhlükəsizlik xidməti tərəfindən saxlanılaraq aidiyyəti üzrə polis bölməsinə təqdim edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin İctimaiyyətlə Əlaqələr və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məsələ nəzarətə götürülüb.
"Hazırda araşdırma aparılır", - deyə qurum rəsmisi qeyd edib.(APA)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























