• $
  • €
  • ₽
  • ₺
  • £

16 Ukrayna vətəndaşı Belarusiyaya keçdi - VİDEO

16 Ukrayna vətəndaşı Belarusiyaya keçdi - VİDEO
02.03.2022 17:18
Bu gün 8-i uşaq olmaqla 16 nəfər Belarusiyaya keçib,bu barədə Belta agentliyi məlumat verib.

Martın 2-də Ukrayanın sərhəd bölgələrində yaşayan Ukrayna vətəndaşları özlərini qorumaq məqsədilə  müvəqqəti olaraq ölkələrini tərk etmək qərarına gəliblər.Onlar Belarusun sadələşdirilmiş Andreevka keçid məntəqəsinə gəlib. İnsanlar sərhədçilərə müraciət edərək Belarus ərazisində mühafizə olunması üçün şifahi müraciət ediblər.

Ukrayna kəndlərinin sakinləri bildiriblər ki, indi onların evlərində, xüsusən də uşaqlarla birlikdə olmaq çox təhlükəlidir. Daha böyük ərazilərə avtomobil yolu ilə səyahət demək olar ki, qeyri-mümkün olub. Tibbi yardım almaq və yeməklə təmin etməkdə çətinliklər yaranıb.


Belarus sərhədçiləri lazımi prosedurları yerinə yetirərək bütün qrupun Belarusa daxil olmasına icazə veriblər. Yerli hakimiyyət orqanları Ukrayna vətəndaşlarının Belarus Respublikasında gələcək statuslarını müəyyən etmək üçün müvəqqəti olaraq Qomel vilayətindəki "Qızıl qumlar” sanatoriyasının ərazisinə köçürmək qərarına gəliblər.
 
İndiyə qədər yarım milyondan çox insan Ukraynadan qonşu ölkələrə qaçıb, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı məlumat verib. 
 
Fevralın 24-dən Rusiya silahlı qüvvələri Ukraynada hərbi əməliyyatlar aparır, ölkənin hər yerində hədəflərə hava zərbələri endirir. Sərhədlərdə Ukrayna ordusu işğalçı rus bölmələri ilə döyüşür.

Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol