Sayt rəhbərinə və işçisinə HÖKM OXUNDU

Bu gün, martın 2-də Bakı Ağır Cinayətlər məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlər Asəf Novruzov və Məhsud Səfərova hökm oxunub və onlar 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökm hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
"Cia.az” informasiya portalının rəhbəri Asəf Novruzov və həmin saytın əməkdaşı Məhsud Səfərov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Aparılan əməliyyat-istintaq tədbirlərində məlum olub ki,onlar ayrı-ayrı vaxtlarda müxtəlif vəzifəli şəxslər barələrində yalan məlumatı öz saytlarında yayacağını hədələnmək ilə ümumilikdə 2 min 900 manat pul vəsaitini hədə-qorxu ilə tələb ediblər. İş üzrə həmin şəxslərin xidməti istifadələrində olan sahələrdə axtarış zaman müxtəlif məbləğdə pul vəsaitinə dair qeydlər olan dəftərçələr aşkar olunaraq götürülüb.
İbtidai istintaq zamanı onlara Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddələri ilə ittiham elan edilib və barələrində həbs qətimkan tədbiri seçillib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli "Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























