• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistin qətlinin 17-ci ili

Jurnalistin qətlinin 17-ci ili
02.03.2022 18:44
Bu gün, martın 2-də jurnalist Elmar Hüseynovun qətlindən 17 il keçir.

"Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında odlu silahla qətlə yetirilib. Jurnalistə tapançadan 7 atəş açılıb. İstintaq orqanı jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini bildirib.

2006-cı il avqustun 14-də cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Elmar Hüseynovun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi ilə onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.

Jurnalistin qətlindən 15 il keçsə də qətlin icraçıları hələ də istintaqa təhvil verilməyib, qətlin sifarişçiləri ilə bağlı isə hər hansı rəsmi açıqlama olmayıb. Məsələ ilə bağlı yenidən Baş Prokurorluq ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
 
Hüseynov Azərbaycan hakimiyyətinin yüksək vəzifəli şəxslərini tənqidi məqalələri ilə tanınıb. Redaktoru olduğu "Monitor” jurnalında korrupsiya, qohumbazlıq, yerlibazlıq, hakimiyyətdaxili münasibətlərlə bağlı dərc edilən məqalələr geniş müzakirələrə səbəb olub.

Jurnalistin qətli yerli və beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqidlərə yol açıb. Ölümünün ilk illərində Azərbaycanın istintaq orqanları Türkiyədən və Amerikadan mütəxəssislər dəvət edib. Prezident İlham Əliyev jurnalistin atasını qəbul edib, qətlin icraçılarının və sifarişçilərinin tezliklə tapılacağını bildirib. İlk illərdə intensiv istintaq tədbirləri həyata keçirilsə də, sonradan bu hərəkətlər zəifləyib.
 
2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmaması barədə qərar verib. Bununla bağlı AİHM-a mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət edib.

Qərarda qeyd edilir ki, hökumət Elmar Hüseynovun qətlə yetirilməsi olayı üzrə açılan cinayət işini effektiv aparmayıb. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə 10 min avro cərimələnib.

Elmar Hüseynov 17 iyul 1967-ci ildə anadan olub. O, 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə "Trend” analitik-informasiya agentliyini, 1996-cı ildə "Monitor” jurnalını təsis edib. Hüseynov həmçinin "Bakinski bulvar”, "Bakinskiye vedomosti” qəzetlərinin təsisçisi idi.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol