• $
  • €
  • ₽
  • ₺
  • £

Xaçmazda Səməd Vurğunun büstü sındırıldı - VİDEO

Xaçmazda Səməd Vurğunun büstü sındırıldı - VİDEO
02.05.2014 09:12
Xaçmazda sakinlər səhəri açar-açmaz şoka düşüblər. ANS TV-nin məlumatına görə, Xalq Şairi Səməd Vurğunun büstü parkda sınmış vəziyyətdə aşkar edilib. Ayaqlar altına atılmış bu büst mərhum sevimli şairimiz, unudulmaz şairimiz Səməd Vurğunun büstüdür. Bu gecə, yəni aprelin 30-dan mayın 1-ə keçən-gecə, bu büst postamentdən sındırılaraq yerə atılıb. Hansı səbəbdən olduğu bilinmir.Ətrafda yaşayan sakinlər uzun illərdir dincəldikləri bu parkda bu gün səhər tezdən Səməd Vurğunun büstünü dağılmış vəziyyətdə görüblər. Onsuz da bərbad, təmirsiz, üz-gözü qırıq-qırıq edilmiş büstü yerdə görmək sakinləri əməlli-başlı narahat edib. Onlar bu vandalizmi törədən şəxslərin tapılıb ifşa edilməsini tələb edirlər.Rayon sakini Mehdi Nəsibovun sözlərinə görə, büst özü uça bilməz, çünki 30 idən çoxdur ki, o, heykəl burdadı, necə ola bilər ki, bu boyda tufanda, qasırğada, qarda uçmadı, indi uçdu. Azərbaycan poeziyasının unudulmaz nümayəndələrindən biri olan Səməd Vurğunun sındırılmış büstü olan parka gələn Xaçmaz icra nümayəndəsinin müavini Şıxəli Məmmədəv bir neçə ildir Səməd Vurğun parkının uzunmüddətli icarəyə verildiyini dedi. Bildirdi ki, heykəlin uçması xəbərini bizdən eşidib və heykəlin qorunması ilə bağlı bütün məsuliyyəti də həmin icarədar daşıyır.Şıxəli Məmmədov: “Bu kiminsə, himayəsindədirsə, kiminsə icarəsindədirsə, həmin adam özü baxmalı idi bu parka. Əgər alıbsa, nə məqsədlə bu parkı, mən deyə bilmərəm, tanımıram da kim alıb”.Şıxəli Məmmədov hesab edir ki, bu faktın yalnız bir sahibkarın laqeydliyi hesab etdiyini söyləyərək dedi ki, Xaçmazda Səməd Vurğunun müasir büstü şəhərdəki Şəxsiyyətlər Muzeyində qoyulub. Qaldı ki, bu dağılmış büstün aqibətinə, Şıxəli Məmmədov abidənin bərpası üçün icarədarla danışıqlar aparılacağını bildirdi.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol