Qarabağda tullantıların idarə edilməsi üzrə planlar qəbul edilib

"Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, "Təmiz Şəhər”in İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak edib.
İclasda cəmiyyətin strategiyası, investisiyalar və təyinatlar üzrə fəaliyyəti müzakirə olunub.
Eyni zamanda, iclas iştirakçıları cəmiyyətin işğaldan azad edilmiş ərazilərdə tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə bağlı görəcəyi işləri nəzərdən keçiriblər. İclasda bu ərazilərdə tullantıların idarə edilməsi layihəsinin effektivliyi üçün qısamüddətli və uzunmüddətli planlar müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























