Donetskdə Rusiyanın "Su-25" qırıcısı vurulub

Ukrayna Silahlı Qüvvələri 54-cü mexanikləşdirilmiş briqadasının əsgərləri ölkənin Donetsk vilayəti istiqamətində Rusiyanın "Su-25” qırıcı təyyarəsini vurublar, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
"Volnovaxa şəhərində vurulan bu təyyarə dinc sakinlərin yaşayış binalarını və mülki infrastrukturları bombalayırdı. Qırıcının pilotu katapult edib. Onun axtarışı davam edir”, - məlumatda qeyd olunub.
Rusiya prezidenti Vladimir Putin 24 fevralda televiziya ilə çıxışında müharibə elan etdikdən sonra Ukraynanın paytaxtında və ölkənin başqa yerlərində partlayış və atışma səsləri eşidilib. Müharibə 9 gündür davam etməkdədir.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























