İnam Kərimov Şəkidə vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov martın 11-də Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da başlayacaq.
Vətəndaş qəbulu pandemiya dövrünün tələblərinə uyğun keçiriləcək. Qəbulda peyvənd və ya immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.
www.anews.az
Qəbul saat 11:00-da başlayacaq.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-7377505) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























