• $
  • €
  • ₽
  • ₺
  • £

Son 1 ayda Bakıda cinayət törədən 75 nəfər saxlanılıb

Son 1 ayda Bakıda cinayət törədən 75 nəfər saxlanılıb
04.03.2022 19:30
Son 1 ayda Bakıda cinayət törədən 75 nəfər saxlanılıb, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfər tutulub.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Saxlanılan şəxslərdən 36-sı barəsində məhkəmə tərəfindən həbs, 25-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslrədən ümumilikdə 12 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Binə, Qaraçuxur Əmircan qəsəbələrində yerləşən evlərdən, mağazalardan silsilə oğurluqlar edən 6 nəfər saxlanılıb.

Bu şəxslərin qeyd edilən ərazilərdə yerləşən 40-a yaxın ev və obyektdən pul, qızıl-zinət, məişət əşyaları, həmçinin mobil telefonlar oğurladıqları müəyyən edilib.

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı rayon ərazisində soyğunçuluq və quldurluq edən 8 nəfərdən ibarət 3 cinayətkar dəstə saxlanılaraq istintaqa təqdim ediliblər.

Tutulan zaman onlardan birindən atəşə yararlı "Walter” markalı tapança və 4 ədəd parton da aşkar edilib.

Qeyd edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol