• $
  • €
  • ₽
  • ₺
  • £

Avropada yoda tələbat artıb, Azərbaycanda hələlik sakitlikdir

Avropada yoda tələbat artıb, Azərbaycanda hələlik sakitlikdir
04.03.2022 19:06
Avropada radiasiyaya qarşı dərman preparatlarına  tələbat artıb.

Avropa ölkələri xüsusilə Şərqi Avropada Rusiya Silahlı Qüvvələrinin əvvəlcə Ukraynada Çernobil Atom Elektrik Stansiyasını, daha sonra Avropanın ən iri atom elektrik stansiyası sayılan Zaporojye AES-i ələ keçirməsi əhali arasında  qorxu yaradıb. Rusiya prezidenti Vladimir Putinin  nüvə arsenalını xüsusi rejimə keçirmək bəyanatından sonra isə insanlar nüvə müharibəsinin mümkünlüyünə daha çox inanmağa başlayıblar. 

Reuters agentliyinin verdiyi məlumata görə, Çexiya, Bolqarıstan və Polşada əhali kütləvi şəkildə apteklərdən kaliy yodid və tərkibində çoxlu miqdarda yod olan preparatları almağa başlayıb. Buna səbəb isə həmin dərmanların  radiasiyaya yoluxma halında profilaktik məqsədlər üçün geniş istifadəsinin tövsiyyə olunmasıdır.

Yod-131  nüvə yanacağının  çürüməsi zamanı ayrılan ən təhlükəli izotopdur. Çünki o, qalxanvari vəzidə toplanmaq xüsusiyyətinə malikdir. Bunun baş verməməsi üçün radiasiya itkisi olan ərazidə yaşayan adamlara böyük həcmdə stabil yod-127  izotopuna malik  yod qəbul etmək tövsiyyə olunur. 

Son bir həftədə Bolqarıstanda satılan yodun həcmi adətən bir ildə əhali tərəfndən istehlak edilən həcmə bərabərdir. Polşada da yod satışı son həftə ərzində iki dəfə artıb. 

Belçika əhalisinə kaliy yodid  pulsuz verilir. Yerli KİV-in verdiyi məlumata görə, təkcə bu həftənin birinci günü əhaliyə 30 paçka bu preparatdan paylanıb. 

Yoda tələbatın artması Fransada da müşahidə olunur. 

Azərbaycanda duru yod istehsalı təşkil olunsa da tablet halında yod ölkəyə ancaq idxal edilir. Bu barədə məlumat verən əczaçı Ekspert Müşfiq Hüseynovun sölərinə görə, kaliy yodid insann qalxanvari vəzisini radiasiyadan müdafiə edən ən yaxşı profilaktik dərmandır. Böyüklər yüksək radiasiya fonu şəraitində 0,125 qram, uşaqlar isə göstərilən dozanın  yarısı qədər bu preparatdan  10-14 gün içə bilərlər. 

O ki qaldı ümumiyyətlə radiasiyadan qorunmağa Müşfiq Hüseynov bildirdi ki, dünyada nüvə müharibəsi  qorxusunun yarandığı bir şəraitdə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən bu mövzuda hər hansı maarifləndirici reklam çarxları yayacağını gözləyirdi. Amma bu baş verməyib.

"Əgər nüvə bombasının partlaması və ya atom elektrik stansiyasında qəza nəticəsində ətrafa radiasiya yayılarsa ilk olaraq insanlar evlərində qapanmalı, pəncərələri kip bağlamalı və heç yerə çıxmamalıdılar. Ancaq bu hadisə baş verənə qədər alınan su və qidadan istifadə etmək olar. Bayıra ancaq xüsusi geyim, əlehqaz və hava balonları ilə çıxmaq olar. Əks halda radiasiya  sizi  yandıracaq. Belə vəziyyətdə də maksimum 10 gün qalmaq olar. Sonra əhali mütləq evakuasiya olunmalıdır", - Hüseynov bildirdi. 

Bakının bir neçə aptekinə də baş çəkdik. Burada da bildirdilər ki, kaliy yodid tablet halında ölkədə istehsal olunmur və apteklərdə yodamarin adı altında satılır. Bu dərmanlıq 100 milliqramlıq 100 ədəd tableti 3.68 manata, 200 milliqramlıq 100 tableti 6.70 manata satılır. 
 


Müşfiq Hüseynov  dünya nüvə müharibəsi ilə üzləşsə və hava axını radiasiyanı Azərbaycana gətirsə ölkədə yetərincə tablet halında olan yodid kalinin olmasına inanmır. O, belə hallarla  üzləşən insanlara adi yodu  suya damızdırıb qəbul etməyi tövsiyyə edir.   
 
N.Təbrizli



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol