• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə jurnalistə cəza verdi

Məhkəmə jurnalistə cəza verdi
04.03.2022 17:00
Bu gün, martın 4-də Xaçmaz rayon Məhkəməsi hakim Anar Sadıqovun sədrliyi ilə jurnalist Cəmil Məmmədlini Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında iddia ərizəsi üzrə 1 il 6 ay islah işlərinə məhkum edib. Məhkəmənin hökmünə görə, jurnalistin qazancının 20 fazi dövlətin nəfinə tutulacaq.

Cəmil Məmmədli bildirib ki, məhkəmənin hökmü ilə razı deyil, apellyasiya şikayəti verəcək.

"Məhkəmə mənim heç bir vəsatətimi təmin etmədi. Rüşvətlə bağlı yazdıqlarımı sübut etmək üçün məhkəməyə təqdim etdiyim şahidlərin heç biri dindirilmədi. Mən düzünü yazmışam və məhkəmənin qərarı ilə heç cür razılaşmıram. Bu səbəbdən bəraət alanadək hüquq çərçivəsində mübarizə aparacam,” jurnalist deyib.

Quba rayon İcra Hakimiyyəti başçısının məhkəmədə hüquqlarını müdafiə edən vəkil Seyfəddin Əliyev Amerikanın Səsinə deyib ki, məhkəmənin hökmündən razıdırlar.

"Biz məhkəmənin hökmünü hörmətlə qəbul edirik. Razı olmayan tərəf qanunvericiliyə uyğun olaraq şikayət verə bilər," Əliyev qeyd edib.
2021-ci ilin martında Quba rayon (Bakıdan 168 kilometr şimal) İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib.
İcra hakimiyyəti başçısı jurnalistin Cinayət Məcəlləsinin 147-2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edib.
Cəmil Məmmədli iddianın onun "Qədim Qubanın müasir günü”, "Yolçunun fayton fırıldağı” adlı araşdırma videoları ilə bağlı olduğunu bildirir.
Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. O əvvəllər Azadlıq Radiosunun bölgə müxbiri olub.
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol