• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkidə gənclər festivalı keçiriləcək

Şəkidə gənclər festivalı keçiriləcək
01.05.2014 19:00
Mayın 2-də Şəki şəhərindəki Xan Sarayında Gənclər və İdman Nazirliyinin layihəsi olan "Tarixin canlı səhifələri" adlı gənclər festivalı keçiriləcək.Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tarixi rekonstruksiya formatında təşkil edilən festivalın əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını elə özlərinin oynayacağı kiçik səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani olaraq çatdırmaqdır.Bütün dünyada geniş yayılan tarixi rekonstruksiya hərəkatı bu günə kimi Azərbaycanda öz əksini tapmayıb. Məhz bu formatda keçirilən "Tarixin canlı səhifələri" festivalı ölkədə ilk dəfə keçiriləcək.Festival orta əsrlərdən günümüzə qədər olan tarixi dövrü əhatə edir. Azərbaycanın tarixi qəhrəmanlarından olan Cavanşirin, müstəqilliymiz uğrunda ərəblərlə mübarizə aparan Babəkin, bütöv Azərbaycanı ilk dəfə vahid halda birləşdirən Şah İsmayıl Xətainin, məşhur Şəki xanı Hacı Çələbi xanın, Gəncənin müstəqilliyi uğrunda öz canından keçən Cavad xanın həyatı tələbə və aktyorlar tərəfindən canlandırılacaq. Eyni zamanda, festival çərçivəsində o dövrə xas olan mədəniyyət, məişət və ənənələr də geniş şəkildə təqdim olunacaq.Festivalda 200 nəfərə yaxın tələbə iştirak edəcək.Qeyd edək ki, festival Azərbaycanın ümummilli lider Heydər Əliyevin 91-ci ildönümünə həsr edilir. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol