• $
  • €
  • ₽
  • ₺
  • £

Qeyri-qanuni avtovağzalların fəaliyyəti dayandırılacaq - RƏSMİ

Qeyri-qanuni avtovağzalların fəaliyyəti dayandırılacaq - RƏSMİ
05.03.2022 11:25
Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən avtovağzalların işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı hazırlanıb.
 
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.
 
Tədbirlər planına əsasən, respublika ərazisində, eləcə də Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün müvafiq addımların atılması nəzərdə tutulub.
 
"Hazırda əsas problem kimi heç bir texniki yoxlamadan keçməyən və bəzi hallarda sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Bu da öz növbəsində qanuni fəaliyyət göstərən avtobusların reysə çıxmasına mane olur, daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur.
Avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti müvafiq dövlət qurumu ilə birgə mütəmadi reydlər keçirir. Gələcəkdə bu reydlərin davam etdirilməsi nəzərdə tutulur”, - məlumatda deyilir.(Trend)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol