İcra başçısı üç məmuru təqaüdə yola saldı

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə rayon icra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif edilmiş və pensiya yaşına görə vəzifə səlahiyyətlərinə xitam verilmiş bir qrup İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələrlə görüşüb.
İcra başçısı, vəzifə səlahiyyətlərini və verilən tapşırıqları intizam və məsuliyyətlə yerinə yetirən Səfikürd, Xan Qərvənd və Şadılı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə vəzifələrində çalışmış Nizami Muradovu, Adil Şirinovu və Əkbər Hüseynovu təltifə görə təbrik etdi, onların iş fəaliyyətlərinin gənc kadrlar üçün örnək olduğunu vurğuladı və gələcək həyatlarında sağlamlıq və ailə səadəti arzuladı.
Təltif olunan şəxslər də, özlərinin və ailələrinin adından İcra Başçısına səmimi minnətdarlıqlarını bildirdilər.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib