• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibə Əlillərinə Kömək İctimai Birliyi Avropada işgüzar səfərdə olublar

Müharibə Əlillərinə Kömək İctimai Birliyi Avropada işgüzar səfərdə olublar
05.03.2022 14:09
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov və Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Məmmədov Avropada işgüzar səfərdədir.
 
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti Belçika, Hollandiya və Almaniyada fəaliyyət göstərən diaspora nümayəndələri, xarici millət vəkilləri və həmvətənlilərimiz ilə görüşlər keçirəcəkdir. Səfərin ilk günlərindən başlayaraq "Benilüks" Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə nümayəndə heyəti Belçikada fəaliyyət göstərən "Brüssel-Azərbaycan" Mədəniyyət evini ziyarət etdilər. Mədəniyyət evinin inzibati binası ilə yaxından tanış oldular və gələcək əməkdaşlıq məsələlərini geniş şəkildə müzakirə etdilər. Növbəti gün nümayəndə heyəti tərəfindən Amsterdamda fəaliyyət göstərən Hollanda Türk Federasyonunu ziyarət edildi.
 
Görüş zamanı Hollanda Türk Federasyonu Başkanı Murat Gedik Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyətinin qərarına əsasən Azərbaycan-Türkiyə qardaşlığının inkişafında xüsusi xidmətlərinə görə Fəxri Fərmanla təltif edildi. Daha sonra nümayəndə heyəti tərəfindən Rotterdam şəhərində yaşayan Pakistanlı iş adamı Tajamal Hussain Choudry ilə görüş keçirilmişdir. 44 günlük Vətən Müharibəsində xüsusi dəstək olmuş Pakistanlı iş adamına müxtəlif hədiyyələr təqdim edildi.
 
Nümayəndə heyəti tərəfindən Avropada fəaliyyət göstərən "Qarabağ" İdman klubunun təsisçilərilə görüş keçirildi. Görüş zamanı onlara Avropada "Qarabağ" adının təbliğatı və təşviqatı istiqamətindəki xidmətlərinə görə təşəkkür edildi. Eyni zamanda Benilüks Azərbaycanlıları Konqresinin və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndələri Haqa şəhərində Hollandiya-Azərbaycan Türk Kültür Dərnəği ilə görüş keçirdilər. Təşkilat tərəfindən yaradılmış Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.
 
Səfər mart ayının 8-nə qədər davam edəcəkdir. Hörmətlə, Nicat Abbas, Mətbuat xidmətinin rəhbəri Ünvan: "Vətən Müharibəsi Əlillərinə Kömək" İB Sabunçu ray., Sülh 2/20 Tel.: (+994 12) 428 64 05 Mob.:(+994 50) 722 11 50
 









www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol